''Hakerlər Amerika şirkətlərinin məlumatlarını oğurladılar'' – Bayden

''Hakerlər Amerika şirkətlərinin məlumatlarını oğurladılar'' – Bayden

Hazırda oxunan: ''Hakerlər Amerika şirkətlərinin məlumatlarını oğurladılar'' – Bayden

6077

Hakerlər Amerika şirkətlərindən vacib məlumatları oğurlamağı bacarıblar. 

Bizim.Media xəbər verir ki, məlumatı CNN agentliyi yayıb.

Mənbə bildirir ki,  Demokratlar Partiyasından prezident seçilən Cozef Bayden bu barədə çərşənbə axşamı Delaver ştatının Wilmington şəhərində keçirdiyi mətbuat konfransında belə deyib.

O, Respublikaçı Donald Tramp administrasiyasının federal qurumları və özəl Amerika şirkətlərini hədəf alan kütləvi kiberhücumun arxasında kimin olduğunu elan edib.

"Tramp administrasiyası Ağ Evdəki və Dövlət Departamentindəki kiber koordinatorları qovmaqla və ya vəzifələrini aşağı salmaqla kiber təhlükəsizliyi prioritet kimi qoruya bilmədi" deyib.

Cozef Bayden ABŞ Milli Təhlükəsizlik Nazirliyinin Kiber Təhlükəsizlik və İnfrastruktur Agentliyinin rəhbəri Kristofer Krebsi nümunə gətirib.

Demokrata görə, Amerika xalqı bu cür hərəkətə görə izah tələb etməlidir.

"Bu, kiber hücuma görə kimin cavabdeh olduğuna açıq və aydın cavab vermək deməkdir". O yekunlaşdırıb.

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO