İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

Hazırda oxunan: İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

606816

İranda 2025-ci ildə ən azı 1639 nəfər edam edilib. Bu göstərici son 36 ildə qeydə alınan ən yüksək rəqəm kimi dəyərləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı və Birlikdə Ölüm Cəzasına Qarşı Təşkilat tərəfindən hazırlanan birgə illik hesabatda məlumat verilib.

Hesabata əsasən, edam olunanlar arasında 48 qadın da var.

Məlumata görə, 2025-ci ildə İranda edamların sayı 2024-cü illə müqayisədə 68% artıb. Belə ki, 2024-cü ildə ölkədə ən azı 975 nəfərin edam edildiyi qeyd olunub.
 

Hesabatda vurğulanır ki, bu rəqəmlər 2025-ci ildə gündə orta hesabla 4 nəfərdən çox insanın edam edildiyini göstərir.


İran İnsan Haqları Təşkilatı bildirib ki, edamların böyük hissəsi İranın rəsmi mediasında açıqlanmır və faktiki rəqəmlərin daha yüksək ola biləcəyi istisna edilmir. (Iranintl)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO