Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

Hazırda oxunan: Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

606702

ABŞ Prezidenti Donald Tramp Avropanın İrana qarşı hərbi əməliyyatlarda Vaşinqtona dəstək verməməsindən narazılığını bildirib və NATO-nun yenidən nəzərdən keçirilməli olduğunu deyib.

Bizim.Media xəbər verir ki, o, Fox News-a telefonla müsahibəsində ABŞ-ın Ukrayna və Avropaya yardım üçün böyük vəsait xərclədiyini iddia edib, eyni zamanda bəzi Avropa liderlərinin İranla bağlı münaqişəni “bizim müharibəmiz deyil” kimi qiymətləndirməsini xatırladıb.
 

“İndi NATO-ya yenidən baxmalıyıq. Onlar bizim yanımızda olmadılar. Mən bundan çox məyus oldum”, - deyə Tramp bildirib.


ABŞ prezidentinin bu açıqlaması Avropa ölkələrinin İrana qarşı əməliyyatda birbaşa iştirakdan imtina etməsi fonunda səslənib.

Məlumata görə, bəzi dövlətlər hətta ABŞ təyyarələrinin öz hava məkanından istifadəsinə də məhdudiyyət qoyub.

Avropa liderləri isə Vaşinqtonun addımlarına ehtiyatla yanaşıblar. Almaniya kansleri Fridrix Merts ABŞ-ın Avropa ilə əvvəlcədən məsləhətləşmədiyini deyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə daha sərt mövqe sərgiləyərək “bu, bizim müharibəmiz deyil” ifadəsini işlədib.

Oxşar yanaşmanı Fransa prezidenti Emmanuel Makron da nümayiş etdirib.

Beləliklə, Trampın son bəyanatı ABŞ ilə Avropa arasında NATO və təhlükəsizlik məsələlərində mövcud fikir ayrılıqlarını bir daha gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO