Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Hazırda oxunan: Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

606552

İrlandiyada naməlum şəxs balta ilə ABŞ-ın hərbi-nəqliyyat təyyarəsinə ciddi ziyan vurub.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında İrlandiyanın Şennon hava limanında qeydə alınıb.

Məlumata görə, aerodromun mühafizə zolağını keçməyə nail olan şəxs dayanacaqda duran ABŞ-a məxsus “C-130 Hercules” tipli hərbi təyyarənin üzərinə çıxıb.

O, balta ilə təyyarənin füzelyajına və qanad hissəsinə bir neçə zərbə endirərək texnikaya ziyan vurub.

Hücum edən şəxsi zərərsizləşdirmək üçün əraziyə xüsusi qüvvələr cəlb olunub və onun təyyarədən endirilməsi üçün mobil nərdivandan (trap) istifadə edilib.

Hazırda saxlanılan şəxs polis nəzarətindədir və hadisənin səbəbləri araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO