İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

Hazırda oxunan: İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

606548

İsrail və Livan 14 aprel çərşənbə axşamı günü Vaşinqtonda səfirlik danışıqları keçirəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Kanalın mənbəyi bildirib ki, ABŞ həmin tarixə qədər Livanın paytaxtı Beyrutun hava hücumlarından qorunacağına zəmanət verib.

“Al Hadath” aydınlıq gətirib ki, bu danışıqlar mərhələsinin məqsədi atəşkəsi möhkəmləndirməkdir.

Tərəflər İsrail qoşunlarının geri çəkilməsi, Livanın şiə hərəkatı “Hizbullah”a məxsus silahlar, sərhəd məsələləri və məhbusların azad edilməsi məsələlərini müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO