ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

Hazırda oxunan: ABŞ-İran sülh danışıqları BAŞLADI

606522

İslamabad şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında yeni mərhələdə sülh danışıqları start götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
 

Məlumata görə, İslamabadda aparılan intensiv məsləhətləşmələr, danışıqlarda əldə olunan irəliləyiş, eləcə də İsrailin Livanın cənub bölgələrinə hücumlarının məhdudlaşdırılması (bu isə atəşkəsin icrasında irəliləyiş kimi qiymətləndirilir) fonunda tərəflər yekun razılaşmaya nail olmaq üçün birbaşa danışıqlara başlamağa qərar veriblər.


Eyni zamanda, ABŞ tərəfinin İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılıq verməsi və bu məsələ ilə bağlı daha dəqiq ekspert və texniki müzakirələrin aparılması zərurəti də danışıqların başlanmasını şərtləndirən əsas amillərdən biri kimi göstərilir.

Bununla yanaşı, İran hesab edir ki, Livanda atəşkəs hələ tam təmin olunmayıb və ABŞ İsraili bu öhdəliyə əməl etməyə məcbur etməlidir.

İran nümayəndə heyəti bu məsələni həm Pakistanın vasitəçiliyi ilə, həm də danışıqlar masasında ciddi şəkildə izləyir.

İran tərəfi, qarşı tərəfə etimadsızlığını və ABŞ-ın əvvəlki danışıqlarda öhdəlikləri pozması təcrübəsini nəzərə alaraq, bu raundda Pakistanın vasitəçiliyi ilə iştirak etməyə razılıq verib.

Qeyd edək ki, ABŞ-İsrail və İran arasında fevralın 28-də müharibə başlayıb. Aprelin 8-də əldə olunan razılaşmaya əsasən, tərəflər arasında 2 həftəlik atəşkəs əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO