Qalibaf: “ABŞ-la razılaşma planının 3 bəndi pozulub” – FOTO

Qalibaf: “ABŞ-la razılaşma planının 3 bəndi pozulub” – FOTO

Hazırda oxunan: Qalibaf: “ABŞ-la razılaşma planının 3 bəndi pozulub” – FOTO

606025

“ABŞ ilə gələcək sülh sazişi ilə bağlı danışıqlar üçün əsas götürülən İran planının 10 bəndindən 3-ü pozulub”.

Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

O, əsas pozuntu kimi ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsini göstərib.

"Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa qeyd edib və bildirib ki, Livan və digərləri daxil olmaqla, bütün regionlarda təcili atəşkəs dərhal başlamalıdır", - paylaşımda bildirilir.

İkinci pozuntu Fars əyalətinin Lar şəhərində məhv edilmiş pilotsuz uçuş aparatının İranın hava məkanına daxil olmasıdır.

Qalibaf həmçinin vurğulayıb ki, İran Ağ Evin bəyanatlarının əksinə olaraq Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib.

"Beləliklə, danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq və aşkar şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil", - Qalibaf yekunlaşdırıb.

Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib. İranın Ali Milli Təhlükəsizlik Şurası isə atəşkəs elanından sonra danışıqlar üçün 10 bənddən ibarət ilkin şərtlərini elan edib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO