SEPAH-dan XƏBƏRDARLIQ: “Hörmüz boğazından icazəsiz keçən gəmilər məhv ediləcək”

SEPAH-dan XƏBƏRDARLIQ: “Hörmüz boğazından icazəsiz keçən gəmilər məhv ediləcək”

Hazırda oxunan: SEPAH-dan XƏBƏRDARLIQ: “Hörmüz boğazından icazəsiz keçən gəmilər məhv ediləcək”

605982

Xəbər verdiyimiz kimi, İran bildirib ki, Hörmüz boğazı gəmilər üçün bağlı qalır. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Hörmüz boğazından icazəsiz keçən gəmilərin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Britaniya gəmi brokeri SSY-nin sözçüsü Claire Grierson BBC Verify-a bildirib ki, Fars körfəzindəki gəmilər beynəlxalq dəniz xəbərdarlıqları üçün istifadə olunan tezlik haqqında aşağıdakı məlumatları alıblar:
 

"Fars körfəzi və Oman dənizindəki bütün gəmilərin diqqətinə. Bu, İran İnqilabı Keşikçiləri Korpusu Dəniz Stansiyasıdır. Hörmüz boğazından keçid bağlı qalır və boğazdan keçməzdən əvvəl SEPAH-dan icazə almalısınız. Dənizə çıxmağa cəhd edən istənilən gəmi hücuma məruz qalacaq və məhv ediləcək."


Çərşənbə günü iki neft tankerinin boğazdan keçməyə müvəffəq olduğu, lakin sonra İran mediasının məlumatına görə, hərəkət dayandırılıb - onlar bunu İsrailin Livana davam edən hücumları ilə əlaqələndirirlər.

Xatırladaq ki, boğazın açılması ABŞ və İran arasında barışıq üçün əsas şərtdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO