ABŞ Prezidenti Donald Trampın iki həftəlik atışkəsə razılaşmaq qərarını açıqlamasından sonra maraqlı hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri “Truth social” hesabında İran xarici işlər naziri Abbas Əraqçinin ölkəsinin gərginliyin azaldılması şərtlərini əks etdirən postunu paylaşıb.
Əraqçinin paylaşımında bildirilir:
"İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş Naziri Şərifə və Feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm".
“Pakistan Baş nazirinin qardaşcasına müraciətinə, ABŞ-ın 15 maddəlik təklifləri əsasında danışıqlar çağırışına və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin ümumi qəbulunu danışıqların əsası kimi elan etməsinə cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:
- Əgər İran İslam Respublikasına qarşı hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə xarakterli əməliyyatlarını dayandıracaq.
- İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.
Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub.
Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.

Bizim.Media
































































































