ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran müharibədən bezib və sülh istəyir.
Bizim.Media xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.
"Dünya Sülhü üçün böyük bir gün! İran bunun baş verməsini istəyir, onlar artıq cana doyublar! Eynilə digər hər kəs də!", - Tramp vurğulayıb və əlavə edib ki, Amerika Birləşmiş Ştatları Hörmüz boğazındakı nəqliyyat sıxlığı ilə bağlı kömək edəcək:
"Çoxlu müsbət addımlar olacaq! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər növ təchizatla birgə, hər şeyin yaxşı getdiyindən əmin olmaq üçün yaxınlıqda olacağıq. Bunun belə olacağına əminəm. Eynilə ABŞ-də yaşadığımız kimi, bu, Yaxın Şərqin Qızıl Dövrü ola bilər!"
Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.

Bizim.Media


































































































