ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı tənqid edən jurnalist Taker Karlson haqqında sərt ifadələr işlədib. “New York Post”un yaydığı məlumata görə, Tramp Karlsonu “aşağı IQ-li adam” adlandırıb və onun baş verənləri “tamamilə anlamadığını” deyib.
Bizim.Media xəbər verir ki, o, həmçinin Karlsonun ona “daim zəng etdiyini”, lakin bu zənglərə cavab vermədiyini bildirib.
Trampın sözlərinə görə, o, Karlsonla iş görmək istəmir, çünki “axmaqlarla yox, ağıllı insanlarla işləməyi sevir”.
Bu sitatlar “New York Postda” jurnalist Caitlin Doornbosun materialında yer alıb və sonradan başqa nəşrlər tərəfindən də tirajlanıb.
Mübahisəyə səbəb Karlsonun öz podkastında Trampın İranla bağlı son bəyanatlarını sərt tənqid etməsi olub. “Wall Street Journal” və digər mənbələrin yazdığına görə, Karlson ABŞ rəsmilərini Trampın mümkün dağıdıcı əmrlərinə qarşı çıxmağa çağırıb və prezidentin İranla bağlı ritorikasını “şər” adlandırıb.
Xatırladaq ki, Tramp son günlər İranı Hörmüz boğazını açmağa məcbur etmək üçün çox sərt ultimatumlar verib. Tramp hətta razılaşma əldə olunmasa, “bu gecə bütöv bir sivilizasiyanın məhv ola biləcəyini” deyib.
Bizim.Media




































































































