Yer üzündə həddən artıq insan var

Yer üzündə həddən artıq insan var

Hazırda oxunan: Yer üzündə həddən artıq insan var

605761

Bəşəriyyətin sayı artıq Yer kürəsinin mövcud resurslardan istifadə şəraitində davamlı şəkildə təmin edə biləcəyi səviyyəni keçib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə iki əsrlik məlumatları təhlil edən tədqiqatçılar gəliblər. Nəticələr "Environmental Research Letters" jurnalında dərc edilib.
 

Alimlər təbii resurslar tükənmədən Yer üzündə neçə insan yaşayaya biləcəyini açıqlayıblar. Onların fikrincə, hazırkı şəraitdə optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir. Halbuki Yer əhalisi artıq 8 milyardı keçib.


Tədqiqatda qeyd olunur ki, əhalinin sürətli artımı əsasən fosil yanacaqlar sayəsində mümkün olub. Bu resursların mövcudluğu müvəqqəti olaraq imkanları artırıb və yüksək istehlak səviyyəsini dəstəkləyib. Lakin bu effekt davamlı deyil: belə yanacaqlardan asılılıq iqlim dəyişikliyi də daxil olmaqla ekoloji problemləri daha da gücləndirir.

Alimlərin fikrincə, yaxın onilliklərdə əhali artımı yavaşlayacaq, amma tam dayanmayacaq. XXI əsrin ikinci yarısında əhali sayının 11-12 milyarda çatacağı ehtimal edilir.

Enerji, su, torpaq və qida istifadəsində ciddi dəyişikliklər olmazsa, təbiətə olan təzyiq daha da artacaq və bu da qlobal qeyri-sabitliyə səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO