Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançez ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, liderlər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə ilə İspaniyanın xüsusilə müdafiə sahəsi başda olmaqla bütün istiqamətlərdə nümayiş etdirdiyi həmrəylik xalqlar tərəfindən də məmnuniyyətlə qarşılanır və münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
Ərdoğan danışıq zamanı, İranın dağıdıcı hücumlarının qəbuledilməz olduğunu vurğulayıb, hər kəsin sülhə, diplomatiyaya üstünlük verməli olduğunu qeyd edib.
Həmçinin, İsrailin Qəzzadakı addımları, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:26 / 07.04.2026
Ərdoğanla İspaniyanın Baş naziri arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?
Hazırda oxunan: Ərdoğanla İspaniyanın Baş naziri arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?
Hazırda oxunan: Ərdoğanla İspaniyanın Baş naziri arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?
605746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































