Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Hazırda oxunan: Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

605727

“Artemis II” missiyası çərçivəsində Ay orbitində qeydə alınan unikal görüntülər ictimaiyyətə təqdim olunub.

Bizim.Media xəbər verir ki, 6 aprel 2026-cı il tarixində Yer kürəsinin Ay üfüqündə batması, 7 apreldə isə Ayın Günəşi tam örtməsi anı müşahidə edilib. Bu nadir kosmik hadisələr NASA tərəfindən paylaşılan fotolarda əksini tapıb.

Bildirilir ki, Ay orbitindən Günəş tutulmasını izləmək olduqca nadir hadisədir və indiyədək bunu çox az sayda insan müşahidə edib.
 

“Artemis II” missiyası isə bu baxımdan həm elmi, həm də vizual baxımdan mühüm nəticələr təqdim edir.


Qeyd edək ki, “Artemis” proqramı NASA tərəfindən həyata keçirilir və layihədə "Airbus", eləcə də "Canadian Space Agency" kimi qurumlar iştirak edir. Proqramın əsas məqsədi insanları yenidən Aya qaytarmaq və gələcəkdə Mars missiyalarına zəmin yaratmaqdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO