Kanada Parlamentində Xocalı soyqırımından danışıldı - VİDEO 

Kanada Parlamentində Xocalı soyqırımından danışıldı - VİDEO 

Hazırda oxunan: Kanada Parlamentində Xocalı soyqırımından danışıldı - VİDEO 

60572

Bu gün Kanada Parlamentində Xocalı petisiyasının rəsmi təqdimatı keçirilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanlı Kanadalılar Şəbəkəsi və Azərbaycanlı Kanada İcması millət vəkili Maykl Koperin dəstəyi ilə Kanada Parlamentində rəsmi Xocalı qətliamı petisiyasını təqdim edib.

Bu, Xocalı ilə bağlı petisiyaya 1500 imza toplandıqdan sonra mümkün olub. 

Maykl Koper çıxışında “Xocalı soyqırımı”, “Ermənistan işğalı” və “bir milyona yaxın məcburi köçkün ifadəsi”ni səsləndirib.

Qeyd edək ki, gələn həftə 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı Soyqırımının 30-cu ildönümü qeyd ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO