Su quyusuna düşən 13 qadın həlak oldu – 3 nəfəri xilas etməyə çalışırlar

Su quyusuna düşən 13 qadın həlak oldu – 3 nəfəri xilas etməyə çalışırlar

Hazırda oxunan: Su quyusuna düşən 13 qadın həlak oldu – 3 nəfəri xilas etməyə çalışırlar

60557

Hindistanın şimalında, Uttar Padeş ştatında quyuya düşən 13 qadın ölüb, 3-ü isə yaralanıb.

Bizim.Media “The Indian Express”ə istinadən xəbər verir ki, insident çərşənbə günü axşam saatlarında Kuşinaqar rayonunda bir qrup şəxsin quyunun qapağında oturduğu toy mərasimi zamanı baş verib. İnsanların izdihamından qapaq qırılıb və bir çox insan dərin quyuya düşüb.

Nəticədə 11 qadın yerindəcə, daha ikisi xəstəxanada dünyasını dəyişib. Həkimlər üç nəfərin həyatı üçün mübarizə aparır.

Hindistanın baş naziri Narendra Modi Tvitter hesabında həlak olanların ailələrinə başsağlığı verib və hadisə zamanı yaralananlara şəfa diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO