Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Hazırda oxunan: Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

605565

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ölkənin prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, Milli Assambleyanın aprelin 7-də keçirilən iclasında To Lamın 2026-2031-cü illər üçün Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməsi məsələsinə baxılıb.

Səsvermədə iştirak edən 495 deputatın hamısı onun namizədliyini dəstəkləyib. Seçkidən sonra To Lamın andiçmə mərasimi olub.

Qeyd edək ki, To Lam 2024-cü ilin may-oktyabr aylarında da Vyetnamın Prezidenti olub.

O, həmin ilin avqustunda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilib. To Lam cari ilin yanvarında yenidən partiyanın rəhbəri seçilib.

Uzun illər polis orqanlarında xidmət etmiş To Lam 2016-2024-cü illərdə ictimai təhlükəsizlik naziri olub. O, 2011-ci ildən VKP-nin Mərkəzi Komitəsinin, 2016-cı ildən isə partiyanın Siyasi Bürosunun üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO