Lukaşenko KTMT-ni Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırdı

Lukaşenko KTMT-ni Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırdı

Hazırda oxunan: Lukaşenko KTMT-ni Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırdı

605416

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla münasibətlərdə “çox korrekt və ehtiyatlı” davranmalıdır. 

Bizim.Media xəbər verir ki, o, bu fikirləri KTMT-nin baş katibi Taalatbek Masadıkovla görüşü zamanı səsləndirib. 
 

Belarusun dövlət agentliyi BelTA yazır ki, Lukaşenko Ermənistanın təşkilatın fəaliyyətini faktiki dəstəkləmədiyini, amma eyni zamanda onun üzvü olaraq qaldığını vurğulayıb.


Lukaşenkonun sözlərinə görə, Ermənistanda vəziyyət xüsusilə seçki dövründə mürəkkəbdir və buna görə də həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə həssas yanaşma tələb olunur. 

O bildirib: “Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusilə də seçki dövründə. Ona görə də Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı olmalıyıq.”

Bu açıqlama Ermənistanın KTMT ilə münasibətlərinin gərgin olaraq qaldığı bir vaxta təsadüf edir. AP bir neçə gün əvvəl yazmışdı ki, İrəvan eyni zamanda həm Aİ ilə yaxınlaşmağa, həm də Rusiya rəhbərliyində olan inteqrasiya strukturları ilə əlaqələri qorumağa çalışır, lakin Moskva bu kursu ziddiyyətli hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO