Türkiyə Kubaya üzən elektrik stansiya göndərdi

Türkiyə Kubaya üzən elektrik stansiya göndərdi

Hazırda oxunan: Türkiyə Kubaya üzən elektrik stansiya göndərdi

605350

Türkiyə "Belgin Sultan" üzən elektrik stansiyasını Kubaya göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb. 

Məqalədə qeyd olunub ki, ciddi enerji böhranı ilə üzləşən Kuba, Türkiyənin üzən elektrik stansiyasından elektrik alacaq.
 

Jurnalistlərin əldə etdiyi məlumata görə, gəmi artıq Havana limanına çatıb və ölkə əhalisinin əhəmiyyətli bir hissəsini elektrik enerjisi ilə təmin etməyə başlayıb. 


Məqalədə Kubanın yanacaq təchizatı problemləri və enerji infrastrukturunun pisləşməsi səbəbindən çətin vəziyyətdə olduğu göstərilir. Son həftələrdə milyonlarla sakin elektrik kəsintiləri ilə üzləşib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO