“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Hazırda oxunan: “Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

604532

“NATO Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, NATO ölkələrinin artan hərbi xərcləri və genişmiqyaslı təlimləri bu hazırlığın göstəricisidir.

Bildirib ki, 2025-ci il üzrə ümumi hərbi xərcləri 1,64 trilyon dollar təşkil edir və bu, dünya hərbi xərclərinin böyük hissəsini əhatə edir.

O, həmçinin, NATO-nun keçirdiyi hərbi təlimlərin sayının artdığını qeyd edib.
 

Zaxarova əlavə edib ki, NATO hesabatlarında Rusiyanın əsas təhlükə kimi təqdim olunması “əsassız”dır.


Digər tərəfdən, o, Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa atəşkəsi ilə bağlı açıqlamalarını tənqid edib. Zaxarovanın fikrincə, bu çağırış Ukrayna ordusunun yenidən qruplaşdırılması və döyüşlərin davamına hazırlıq məqsədi daşıyır.

Rusiya XİN sözçüsü bildirib ki, əgər Zelenski həqiqətən münaqişənin bitməsini istəsəydi, müəyyən siyasi addımlar atardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO