Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Hazırda oxunan: Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

604519

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında bildirib.
 

"Prezident Donald Trampın (ABŞ-nin – red.) nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə yaxşı söhbətimiz oldu. Senator Lindsi Qrem və NATO-nun baş katibi Mark Rütte də qoşulmuşdular. Ukrayna ABŞ-nin ləyaqətli sülhün bərqərar olmasına yönəlmiş bütün səylərini qiymətləndirir", - o qeyd edib.


Ukrayna liderinin sözlərinə görə, tərəflər Ukrayna və ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sənədin irəlilədilməsi üçün yaxın günlərdə əlaqələri saxlamağa davam etmək barədə razılığa gəliblər. "Məhz bu, müharibənin dayanıqlı başa çatmasına yol aça bilər", - Zelenski vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO