Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Hazırda oxunan: Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

604516

Misirin Bənha Universitetinin Filologiya fakültəsinin Xarici Dillər Mərkəzində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Bizim.Media xəbər verir ki, tədris ölkəmizin Misirdəki səfirliyinin təşkilatçılığı və Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi ilə həyata keçirilir.

İlkin mərhələdə kursa 20 nəfər qeydiyyatdan keçib. Bununla yanaşı, proqramda iştirak etmək istəyənlərin müraciətləri davam edir.
 

Bildirilib ki, kursun iştirakçıları universitetin müxtəlif fakültələrinin tələbələri, eləcə də müəllimlər və tədqiqatçılardır.


Qeyd olunub ki, iştirakçılar Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinə böyük maraq göstərirlər. Onların bir qismi gələcəkdə Azərbaycanda təhsil almaq və təqaüd proqramlarına müraciət etmək niyyətindədirlər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO