Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Hazırda oxunan: Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

604511

Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən 1,4 milyard avro Ukraynaya veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen öz “X” hesabında açıqlama verib.
 

“Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək. Bunlar Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsur Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdir. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır”, - diplomat yazıb.


Qeyd edək ki, müharibənin başlanğıcından bəri Avropa Birliyi Ukraynaya 69,7 milyard avrosu hərbi yardım olmaqla, ümumilikdə 194,9 milyard avro dəstək göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO