İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlar aparıldığını ilk dəfə təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə fars mətbuatı yazıb.
O bildirib ki, danışıqlar getdiyi vaxt İran iki dəfə hücuma məruz qalıb və ABŞ-ın vədlərinə baxmayaraq, ölkənin enerji infrastrukturuna zərbələr endirilib.
Pezeşkian vurğulayıb ki, İran önləyici hücumlar həyata keçirmir, lakin ölkənin infrastrukturu və ya iqtisadi mərkəzləri hədəfə alınarsa, buna güclü cavab veriləcək.
İran prezidenti həmçinin Körfəz ölkələrinə müraciət edərək, düşmənlərin müharibəni onların ərazilərindən idarə etməsinə imkan verməməyə çağırıb.
Bizim.Media






























































































