11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Hazırda oxunan: 11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

603836

ABŞ qüvvələri hərbi əməliyyatın başlanğıcından bəri İranda 11.000-dən çox hədəfi məhv edib.

Bizim.Media  xəbər verir ki, məlumatı ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında yayıb. 

Bildirilir ki, zərbələr nəticəsində 150-dən çox İran hərbi gəmisi məhv edilib və ya zədələnib.

Əməliyyatda çoxsaylı qırıcı təyyarələr, strateji bombardmançılar, təyyarədaşıyan gəmi, idarə olunan raket esminetsləri, sualtı qayıqlar, Patriot hava hücumundan müdafiə sistemləri və Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) raketdən müdafiə sistemləri iştirak edib.

CENTCOM qeyd edib ki, ABŞ qüvvələri İranın ballistik raketlərini, dronlarını, dəniz təhdidlərini aradan qaldırmağa və hərbi-sənaye bazasını məhv etməyə diqqət yetirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO