İran öz ərazilərinə, o cümlədən adalarına yerüstü müdaxilə baş verəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat verir.
"Bab-əl-Məndəb boğazı dünyanın strateji baxımdan ən mühüm boğazlarından biri hesab olunur və İranın orada tamamilə real təhlükə yaratmaq üçün həm iradəsi, həm də imkanı var". - deyə mənbə bildirib.
Xatirladaq ki, Bab-əl-Məndəb boğazı Yəmən ilə Eritreya arasında yerləşir və Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Dünya dəniz ticarətinin 10 faizdən çoxu bu yolla həyata keçirilir.
Qeyd edək ki, Fars körfəzi ilə Ərəbistan dənizini birləşdirən Hörmüz boğazı fevral ayının sonlarında ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcında İran tərəfindən bağlanmışdı.
Bizim.Media






































































































