Gürcüstan parlamentində üç deputatın mandatı ləğv edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunlar müalif yönümlü “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının sədir Elene Xoştariya və “Gürcüstan üçün Lelo” Partiyasının sədri Badri Caparidzedir.
İclasda keçmiş spiker Kaxa Kuçavanın da deputat mandatı öz istəyi əsasında dayandırılıb.
Qeyd edək ki, E.Xoştariya və Ş.Natelaşvili mandatlarından parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə məhrum olunublar. B.Caparidze ilə bağlı səbəb isə məhkəmə qərarı ilə əlaqəlidir. Belə ki, o, "TBC Bank"ın digər təsisçisi Mamuka Xazaradze ilə birgə dələduzluq faktı üzrə təqsirli bilinib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:23 / 15.02.2022
Bu deputatların mandatı ləğv edildi - İclaslara qatılmadıqları üçün...
Hazırda oxunan: Bu deputatların mandatı ləğv edildi - İclaslara qatılmadıqları üçün...
Hazırda oxunan: Bu deputatların mandatı ləğv edildi - İclaslara qatılmadıqları üçün...
60310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.