Obamanın təyyarəsində problem

Obamanın təyyarəsində problem

Hazırda oxunan: Obamanın təyyarəsində problem

60293
ABŞ prezidenti Barak Obama daxili səfər zamanı təyyarəsini dəyişmək məcburiyyətində qalıb. 

Ağ evdən verilən məlumata görə, buna ölkə rəhbərinin əsas laynerində yaranmış “kiçik mexaniki nasazlıq” səbəb olub.

TASS informasiya agentliyinin verdiyi məlumata görə, Barak Obama ABŞ Konqresinə noyabrın 4-ə planlaşdırılmış seçkilər ərəfəsində Demokrat partiyasından olan tərəfdarlarını dəstəkləmək üçün bazar günü Konnektikut və Pensilvaniya ştatlarına səfər edib.

Prezident Filadelfiyada laynerində yaranmış texniki nasazlıq səbəbindən təyyarəsini dəyişməli olub.

Ağ evin rəsmi nümayəndəsi Erik Şults ehtiyat təyyarəyə keçidin prezidentin səfər qrafikinə təsir etmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO