Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Hazırda oxunan: Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

602894

İsrailin Baş naziri Benjamin Netanyahu Avropa ölkələrini İrana qarşı hərbi qarşıdurmaya qoşulmağa çağırıb.

Bizim.Media Ynet nəşrinə istinadən xəbər verir ki, Netanyahu çıxışında İranın hərbi potensialının artdığını vurğulayıb və bunun Avropa üçün də təhlükə yaratdığını bildirib.
 

“İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar. Onların Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır”, – deyə o qeyd edib.


Netanyahu həmçinin bəzi ölkələrin artıq münaqişəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib. Lakin o, bu ölkələrin adlarını açıqlamayıb.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik son günlər daha da artıb və tərəflər arasında qarşılıqlı ittihamlar davam edir. Ekspertlər isə vəziyyətin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalını istisna etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO