Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hazırda oxunan: Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

602828

Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yayıb.

Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub”, – deyə rəsmi bəyanatda bildirilib.

Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olan digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO