Tramp: “Putin yalnız ABŞ-dan qorxur”

Tramp: “Putin yalnız ABŞ-dan qorxur”

Hazırda oxunan: Tramp: “Putin yalnız ABŞ-dan qorxur”

601949

ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO-nun əsas dayağı Vaşinqtondur və Rusiya prezidenti Vladimir Putin də yalnız ABŞ-ın gücündən çəkinir.

Bizim.Media xəbər verir ki, o, bu fikirləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı müttəfiqlər arasında yaranmış fikir ayrılıqlarını şərh edərkən səsləndirib.

Trampın sözlərinə görə, “NATO əslində bizik” və Putin Avropadan yox, məhz ABŞ-dan qorxur. O, əlavə edib ki, bu qorxu ABŞ-ın hərbi gücü ilə bağlıdır.

Bu bəyanat Trampın son günlər Avropa müttəfiqlərini Hörmüz boğazının açılması üçün ABŞ-a kifayət qədər dəstək verməməkdə tənqid etdiyi açıqlamaların davamı kimi səslənib.
 

ABŞ lideri eyni zamanda bildirib ki, Vaşinqtonun İran neftinə ehtiyacı yoxdur. Onun sözlərinə görə, ABŞ-ın özündə kifayət qədər neft var və bu, ölkənin əsas üstünlüklərindən biridir. Tramp əlavə edib ki, İrana qarşı əməliyyat başa çatdıqdan sonra neft qiymətləri kəskin şəkildə enəcək, lakin bunun nə vaxt baş verəcəyinə dair konkret tarix açıqlamayıb.


Son günlər Tramp NATO müttəfiqlərini ABŞ-a yardım etməyə çağırsa da, Almaniya, İspaniya və İtaliya kimi ölkələr bu çağırışa soyuq yanaşıb. Reuters-in məlumatına görə, bir sıra Avropa ölkələri Hörmüz boğazında hərbi əməliyyata qoşulmaq istəmədiklərini açıq şəkildə bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO