Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

Hazırda oxunan: Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

601774

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ prezidenti Donald Tramp silahlı hücumun yanlış olduğunu anlayana qədər mübarizəni davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
 

Əraqçinin sözlərinə görə, İranın silahlı qüvvələri Trampın həm amerikalılara, həm də iranlılara “qanunsuz müharibə” sırıdığını başa düşənədək döyüşü dayandırmayacaq.


O həmçinin qeyd edib ki, ABŞ zərbələrinin qurbanları üçün kompensasiya ödənilməlidir.

Reuters daha əvvəl yazmışdı ki, Tehran atəşkəs və diplomatiya məsələsinə yalnız hücumlar dayandırıldıqdan və məsuliyyət məsələsi gündəmə gəldikdən sonra baxmağa hazır olduğunu bildirir. Bu da İran rəhbərliyinin indiki mərhələdə sərt mövqedə qaldığını göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO