V.Zelenski ölkəsinin NATO-ya üzv olmağı arzuladığını, bunun Ukraynanın təhlükəsizliyinin təminatı olacağını deyib:
"Bəziləri NATO-ya üzv olmamağın mümkün olmadığına eyham vurmağa çalışırlar, lakin rəsmi Kiyev seçdiyi yolla getməyə davam edəcək", - V.Zelenski bildirib.
MÖVZU İLƏ BAĞLI:
Dövlət orqanları, məxfi sənədlər Kiyevdən çıxarılır? - Zelenski Xarkova gəldi - VİDEO
V.Zelenski Qərb diplomatlarının Lvova təxliyəsi ilə bağlı da danışıb:
"Bəzi səfirliklərin Qərbi Ukraynaya köçməsi böyük səhvdir. Çünki Qərbi Ukrayna yoxdur, Ukrayna var, bütövdür. Allah eləməsin, nəsə olsa, hər yerdə olacaq", - Ukrayna Prezidenti əlavə edib.
Prezident ailəsinin hazırda Kiyevdə olduğunu deyib: "Ailəm həmişə mənimlədir".
Oral Mədənçi, Bizim.Media