ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkə gündəminə bomba kimi düşən açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Klintonun seçki kampaniyasının vəkili Maykl Sussmanın prezidentliyi dövründə Ağ Evə gizlicə girməsi ilə bağlı iddialardan danışan Tramp: “Başqa vaxt olsa, belə hərəkətə görə ölümlə cəzalandırıla bilərdi”, - deyib.
Uzun müddətdir ki, Hillari Klintonun kampaniyası və onun Rusiyada 2016-cı il prezident seçkilərinə müdaxilə cəhdləri ilə əlaqəndirmək məqsədi daşıyan Demokrat agentləri tərəfindən haqsız yerə böhtan edildiyini və hədəf alındığını israr edən Trampdan yeni açıqlamalar gəlib.
“Bu, “Watergate”dən daha geniş və böyük bir qalmaqaldır. Sözügedən casusluq əməliyyatında iştirak edən və ondan xəbəri olan şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Ölkəmizdə daha güclü bir dövrdə bu cinayət ölümlə cəzalandırıla bilərdi”, - deyə Tramp qeyd edib.
Xüsusi prokuror Con Durhamın sözlərinə görə, artıq bir müddətdir ki, Federal Tədqiqatlar Bürosu (FTB) Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmanın mənşəyini araşdırır.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:22 / 14.02.2022
Trampdan fləş casusluq İDDİASI: Ölümlə cəzalandırıla bilərdi
Hazırda oxunan: Trampdan fləş casusluq İDDİASI: Ölümlə cəzalandırıla bilərdi
Hazırda oxunan: Trampdan fləş casusluq İDDİASI: Ölümlə cəzalandırıla bilərdi
0:00
0:00
60088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.