İranın yeni ali dini lideri Müctəba Xamenei müharibənin ilk günü ayağından yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşr yazır ki, Xameneinin indiyədək ictimaiyyət qarşısına çıxmaması aldığı xəsarətlə bağlı ola bilər.
Bununla belə, onun hansı şəraitdə yaralandığı və xəsarətin nə dərəcədə ağır olduğu barədə məlumatlar hələ də açıqlanmır.
Mənbələr bildirir ki, İran rəhbərliyinin təhlükəsizlik səbəbilə liderin vəziyyəti ilə bağlı məlumatları məhdud şəkildə paylaşdığı ehtimal olunur.

Bizim.Media






































































































