İranla müharibədə neçə ABŞ hərbçisi yaralanıb?

İranla müharibədə neçə ABŞ hərbçisi yaralanıb?

Hazırda oxunan: İranla müharibədə neçə ABŞ hərbçisi yaralanıb?

600856

İranla davam edən hərbi əməliyyatlar zamanı ABŞ ordusunun 150-yə yaxın hərbçisinin yaralandığı iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən yayıb.
 

Məlumata görə, yaralanan amerikalı hərbçilərin sayı Pentaqonun əvvəllər açıqladığı rəqəmlərdən xeyli çox ola bilər. Rəsmi məlumatlarda yalnız səkkiz ağır yaralı olduğu bildirilmişdi.


Reuters-in mənbələri isə müharibənin başlanmasından bəri yaralıların ümumi sayının təxminən 150 nəfərə çata biləcəyini qeyd edir.

Hazırda ABŞ Müdafiə Nazirliyi bu yeni məlumatla bağlı rəsmi açıqlama verməyib. Pentaqon Reuters-in təqdim etdiyi rəqəmləri hələlik şərh etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO