Əraqçidan dünyaya QORXUNC XƏBƏRDARLIQ: "Neft böhranına və inflyasiyaya hazır olun" – FOTO

Əraqçidan dünyaya QORXUNC XƏBƏRDARLIQ: "Neft böhranına və inflyasiyaya hazır olun" – FOTO

Hazırda oxunan: Əraqçidan dünyaya QORXUNC XƏBƏRDARLIQ: "Neft böhranına və inflyasiyaya hazır olun" – FOTO

600829

“ABŞ rəsmiləri bazarları manipulyasiya etmək üçün saxta xəbərlər yayırlar. Bu, amerikalıları “inflyasiya sunamisi”ndən qoruya bilməyəcək".

Bizim.Media xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

“Bazarlar Ərəb Neft Embarqosu, İran İslam İnqilabı və Küveyt işğalı da daxil olmaqla tarixin ən böyük çatışmazlığı ilə üzləşir”, - deyə nazir bildirib.

Əraqçi həmçinin qeyd edib ki, İranın ABŞ və ya ABŞ qüvvələrinə, qabaqlayıcı şəkildə hücum etməyi planlaşdırdığı iddiası tamamilə yalandır:

“Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalılar tərəfindən maliyyələşdirilən bir bədbəxt hadisə olan “Epik Səhv” əməliyyatını haqlı çıxarmaqdır”.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib. 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO