Uşaqlıqda “dünyanın ən gözəl qızı” kimi tanınan fransalı model və dizayner Tilan Blondo nişanlandığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, onun seçdiyi şəxs fransalı dijey Ben Attaldır.
Evlilik təklifi Yunanıstanda Afina Rivyerasında yerləşən “Four Seasons Astir Palace” otelində edilib. 24 yaşlı model sosial şəbəkələrdə paylaşdığı fotolarda oval formalı brilyant üzüyünü göstərərək “Ən yaxşı dostuma “bəli” dedim. İndi isə “həmişəlik” sözlərini yazıb.
Cütlük təxminən altı ildir münasibətdədir. Tilan Blondo uşaqlıqdan model kimi məşhurlaşıb və Dolce & Gabbana, Versace, Ralph Lauren, Hugo Boss və L’Oréal Paris kimi brendlərlə əməkdaşlıq edib.




Bizim.Media
































































































