ABŞ bu günə qədər İranda 5000-dən çox hədəfə zərbə endirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Prezidenti Donald Tramp ölkəsinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən yayıb.
O, Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında İrana qarşı hərbi əməliyyatın gedişatını şərh edərkən deyib:
"Bu günə qədər 5000-dən çox hədəfə zərbə endirmişik, bəziləri çox böyükdür".
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri hərbi əməliyyatın əvvəlindən bu günə qədər 50-dən çox İran gəmisini məhv edib və ya zədələyib.
Hücumlarda çox sayda taktiki təyyarə, dron və hava hücumundan müdafiə sistemləri ilə yanaşı, əməliyyatda İranın ən təhlükəsiz ballistik raket saxlama və istehsal müəssisələrinə güclü zərbələr endirən "B-2A", "B-52H" və "B-1B" də daxil olmaqla strateji bombardmançı təyyarələr də iştirak edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
Bizim.Media


































































































