Neftin qiyməti artdı, Pakistanda dərslər ləğv edildi

Neftin qiyməti artdı, Pakistanda dərslər ləğv edildi

Hazırda oxunan: Neftin qiyməti artdı, Pakistanda dərslər ləğv edildi

600638

Dünya bazarında neft qiymətlərinin kəskin artması fonunda Pakistan hökuməti ölkədə bir sıra qənaət tədbirləri tətbiq edib.

Bizim.Media xəbər verir ki, Baş nazir Şahbaz Şərifin qərarına əsasən, ölkədə məktəblər iki həftə müddətinə bağlanacaq və bu qərar təxminən 40 milyon şagirdi əhatə edəcək.

Hökumət həmçinin dövlət qulluqçularının yarısının məsafədən işləməsinə, kollec və universitetlərin isə distant təhsilə keçməsinə qərar verib.

Bundan əlavə, hökumət avtomobilləri üçün ayrılan pulsuz yanacaq kvotası iki ay müddətinə 50 faiz azaldılıb, banklar istisna olmaqla dövlət qurumlarının isə həftədə dörd gün işləməsi qərara alınıb. Bu addımlar artan enerji xərclərinin iqtisadiyyata təsirini azaltmaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO