Ərdoğan Administrasiyasından İrana XƏBƏRDARLIQ – FOTO

Ərdoğan Administrasiyasından İrana XƏBƏRDARLIQ – FOTO

Hazırda oxunan: Ərdoğan Administrasiyasından İrana XƏBƏRDARLIQ – FOTO

600550

"İrandan atılan və Türkiyəyə doğru irəlilədiyi aşkarlanan ballistik raket, Qaziantepin Şahinbey rayonu üzərində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib. Hadisə nəticəsində heç bir itki və ya xəsarət alan olmayıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İrandan Türkiyəyə növbəti raket hücumu - VİDEO


“Hadisə ilk andan etibarən bütün qurumlarımız tərəfindən yaxından izlənilib və lazımi müdafiə və təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib. Bu kontekstdə, Milli Müdafiə Nazirliyi başda olmaqla bütün müvafiq bölmələr tam koordinasiyalı şəkildə hərəkət edir. Dövlətimizin Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir.

Bölgədəki gərginliyin daha da artmasının və münaqişənin daha geniş əraziyə yayılmasının qarşısının alınması çox vacibdir.

Bir daha bütün tərəflərə, xüsusən də İrana regional təhlükəsizliyə təhlükə yarada biləcək və mülki şəxsləri təhlükəyə ata biləcək hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edirik.

Bu müddət ərzində vətəndaşlarımızdan və media resurslarımızdan ictimai panika yarada biləcək və ya dezinformasiya ehtiva edən təsdiqlənməmiş məzmuna qarşı diqqətli olmalarını və yalnız rəsmi orqanlarımızın verdiyi açıqlamalara etibar etmələrini xahiş edirik”, - deyə Bürhanəddin Duran vurğulayıb.

Xatırladaq ki, bu gün İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Raketin qalıqları Qaziantep vilayətinə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO