ABŞ təhlükəsizlik risklərinə görə Türkiyənin cənubundakı Adana konsulluğundan qeyri-zəruri səfirlik əməkdaşları və onların ailə üzvlərinin ölkəni tərk etməsi barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qərarın İran müharibəsi ilə bağlı artan təhlükəsizlik riskləri fonunda verildiyi bildirilir.
Bununla yanaşı, ABŞ Türkiyə üçün Səviyyə 2 (ehtiyatlı olun) səyahət tövsiyəsini qüvvədə saxlayır.
Qeyd edək ki, Adanada yerləşən İncirlik hərbi bazasında ABŞ hərbçiləri xidmət edir.

Bizim.Media





























































































