Fon der Lyayen: “Orta Dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yoldur”

Fon der Lyayen: “Orta Dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yoldur”

Hazırda oxunan: Fon der Lyayen: “Orta Dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yoldur”

600506

“Orta Dəhliz Azərbaycan və Ermənistanı bir-biri ilə və Avropa ilə əlaqələndirərək əvvəllər qeyri-sabit olan Cənubi Qafqaz regionunda ticarət və əməkdaşlığı normaya çevirməyə imkan verəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə keçirilən səfirlərin konfransında bildirib.
 

Qlobal layihələr və onların Avropa üçün əhəmiyyətindən danışan Avropa Komissiyasının rəhbəri malların Asiyadan Avropaya çatdırılmasını 30 gündən 15 günə qədər qısaltmağa imkan verəcək Orta Dəhlizi misal çəkib.


Fon der Lyayenin sözlərinə görə, bu dəhliz həmçinin Cənubi Qafqazın keçmiş düşmən ölkələrini - Azərbaycan və Ermənistanı bir-biri və Avropa ilə birləşdirəcək.

"İkinci Dünya müharibəsindən sonra kömür və poladın Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də qeyri-sabit regionda ticarət və əməkdaşlığı normaya çevirə bilər və təkcə Avropaya deyil, həm də sülhə gedən yolu aça bilər", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO