“Hazırda Yaxın Şərqdə əməliyyatlara son qoymaq üçün mümkün vasitəçilik səylərinin müzakirəsi mənasızdır”.
Bizim.Media “Al Jazeera”yə istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"Hazırda hərbi əməliyyatlar davam edir. Bu konkret vəziyyətdə ölkəni (İranı – red.) müdafiə etməkdən başqa bir şeydən danışmaq yersizdir", - deyə o bildirib.
Bəqai əlavə edib ki, İran özünün başlatmadığı məcburi müharibə aparır.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:15 / 09.03.2026
İran XİN: “Vasitəçilik səylərinin müzakirəsi mənasızdır” - VİDEO
Hazırda oxunan: İran XİN: “Vasitəçilik səylərinin müzakirəsi mənasızdır” - VİDEO
Hazırda oxunan: İran XİN: “Vasitəçilik səylərinin müzakirəsi mənasızdır” - VİDEO
600505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































