ABŞ prezidenti Donald Tramp Minab şəhərindəki qızlar məktəbinə İran tərəfindən zərbə endirildiyini bildirib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında bu barədə danışıb.
“Gördüklərimə əsasən deyə bilərəm ki, bunu İran edib. Bunu edən İran idi. Onların istifadə etdiyi sursatlar çox qeyri-dəqiqdir. Onlarda ümumiyyətlə dəqiqlik yoxdur”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın müharibə naziri Pit Heqset məsələnin hələ də araşdırıldığını qeyd edib.
Onun sözlərinə görə, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
Xatırladaq ki, müharibənin ilk günündə İranın cənubunda yerləşən ibtidai məktəbə endirilən hava zərbəsi nəticəsində 168 nəfər həlak olub. Ölənlərin böyük hissəsini uşaqlar təşkil edib.
Bizim.Media






























































































