Bəhreyn: İranın 92 ballistik raketi və 151 PUA-sı məhv edilib

Bəhreyn: İranın 92 ballistik raketi və 151 PUA-sı məhv edilib

Hazırda oxunan: Bəhreyn: İranın 92 ballistik raketi və 151 PUA-sı məhv edilib

600304

Bəhreyn Müdafiə Nazirliyi İranın hücumları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemlərinin 92 ballistik raketi və 151 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Nazirliyin yaydığı məlumatda bildirilir ki, Bəhreynin hava müdafiə sistemləri İran tərəfindən həyata keçirilən hücumlara qarşı aktiv şəkildə cavab tədbirləri görməyə davam edir.
 

Açıqlamada qeyd olunub ki, hücumların başlanmasından bu yana hava müdafiə qüvvələri 92 ballistik raket və 151 pilotsuz uçuş aparatını məhv edib.


Bəhreyn tərəfi həmçinin vurğulayıb ki, ballistik raketlər və PUA-larla mülki obyektlərin və şəxsi mülkiyyətin hədəfə alınması beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO