Qatar əmiri ABŞ prezidenti ilə bölgədəki gərginliyi müzakirə etdi

Qatar əmiri ABŞ prezidenti ilə bölgədəki gərginliyi müzakirə etdi

Hazırda oxunan: Qatar əmiri ABŞ prezidenti ilə bölgədəki gərginliyi müzakirə etdi

600303

Qatar əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə ABŞ prezidenti Donald Tramp telefon danışığında bölgədəki son hadisələri müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, Qatar mediasının məlumatına görə, tərəflər İranın Qatar və digər region ölkələrinə qarşı davam edən hücumlarını, eləcə də bölgədə artan gərginliyi və onu nəzarət altına almaq üçün görülən tədbirləri müzakirə ediblər.
 

Şeyx Təmim bildirib ki, regionda yaranmış gərginlik beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər. O, həmçinin vurğulayıb ki, Qatar ölkənin suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində bütün lazımi addımları atacaq.


Telefon danışığında tərəflər regional və beynəlxalq sabitliyin qorunması üçün əməkdaşlığın vacibliyini qeyd edib və mövcud gərginliyin həlli üçün siyasi və diplomatik yolların dəstəklənməsinin zəruri olduğunu bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO