ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Yaxın Şərqə iki aviadaşıyan göndərmək qərarını gecikdirdiyini bildirərək ölkənin baş naziri Kir Starmerə sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, Tramp sosial şəbəkə platforması Truth Social-da paylaşım edərək Londonun bölgədəki hadisələrə gec reaksiya verdiyini bildirib. Onun sözlərinə görə, Böyük Britaniyanın belə addımı artıq gecdir.
Tramp paylaşımında deyib: “Bir zamanlar böyük müttəfiqimiz olan İngiltərə nəhayət Yaxın Şərqə iki aviadaşıyan göndərməyi ciddi şəkildə düşünür. Baş nazir Starmer, artıq onlara ehtiyacımız yoxdur. Amma bunu unutmayacağıq. Biz qalib gələndən sonra müharibələrə qoşulan insanlara ehtiyacımız yoxdur.”
Trampın bu sözləri ABŞ ilə Böyük Britaniya arasında yeni siyasi müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə ABŞ-İsrail və İran arasında davam edən müharibə Qərb müttəfiqləri arasında da fikir ayrılıqlarını üzə çıxarır.
Qeyd edək ki, Britaniya hökuməti Trampın açıqlamalarına hələlik rəsmi cavab verməyib.
Bizim.Media




























































































