Narkotikin təsiri altında avtomobil sürən Bakı sakini Lənkəranda saxlanıldı - FOTO

Narkotikin təsiri altında avtomobil sürən Bakı sakini Lənkəranda saxlanıldı - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil sürən Bakı sakini Lənkəranda saxlanıldı - FOTO

59989

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Bizim.Media-nın Cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Bakı şəhər sakini M.Məcidovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Abşeronda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı


Müayinənin nəticəsinə əsasən M.Məcidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO