İraq kürdlərindən ibarət silahlı qruplaşmalar İran ərazisinə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, hücuma keçən kürd qruplaşmalara İsrailin hərbi təyyarələri havadan dəstək verir.
"Al Hadath TV" telekanalının verdiyi məlumata görə isə İraq Kürdüstanı ilə sərhəd yaxınlığındakı İran hərbi mövqeləri bombalanıb. İranın qərbində yerləşən, kürdlərin kompakt yaşadığı Saqqızda bəsic qüvvələrinin mərkəzlərinə də zərbələr endirilib.
“İ24news” telekanalı isə öz mənbələrinə istinadən məlumat yayıb ki, İranla sərhəddi keçən kürd döyüşçülərinin sayı minlərlədir. Onlar İranla sərhədi keçərək ölkə daxilində döyüş mövqeləri tutmağa başlayıb. Bildirilir ki, silahlı dəstələr sərhədin müxtəlif istiqamətlərindən İran ərazisinə daxil olub və bəzi mövqelərdə yerləşərək mümkün toqquşmalara hazırlaşır.
Qeyd edək ki, hazırda əməliyyatın hansı kürd terrorçu qruplaşmaları tərəfindən həyata keçirildiyi və İran tərəfinin reaksiyası barədə rəsmi məlumat verilməyib.
İraqla sərhəddə İran mövqelərinə endirilən zərbələrin görüntülərini təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:25 / 05.03.2026
Kürd silahlıları İrana qarşı hücuma başladı – VİDEO
Hazırda oxunan: Kürd silahlıları İrana qarşı hücuma başladı – VİDEO
Hazırda oxunan: Kürd silahlıları İrana qarşı hücuma başladı – VİDEO
599740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































